• cümə axşamı, 28 mart, 22:52
  • Baku Bakı 13°C

Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq

14.09.19 16:15 526
Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq
Sentyabrın 16-da neft profilli ali məktəblərin tələbələri və müəllimləri, həyatını bu sahəyə həsr etmiş alim və mütəxəssislər "Neft yolu” beynəlxalq media ekspedisiyasına yola düşəcəklər. Səyahət zamanı Rusiyanın regionlarının və Sibir neftini kəşf edən Fərman Salmanovun vətəni Azərbaycanın "qara qızıl” sərvətlərini əks etdirən mediakontent yaradılacaq.
AZƏRTACRusiyanın Nakanune.ru nəşrinə istinadla xəbər verir ki, bu məlumatı Nijnevartovsk administrasiyasının mətbuat xidməti yayıb.
"Neft yolu” Qornopravdinsk, Meqion, Nijnevartovsk, Surqut, Xantı-Mansiysk, Tümen, Ufa, Moskva, Bakıdan keçəcək, Səyahətçilər hər bir şəhərdə neft-qaz sahəsinin veteranları ilə görüşlər keçirəcəklər.
Media ekspedisiyanın təşkilatçılarının sözlərinə görə, Nijnevartovsk və Meqion Fərman Salmanovun həyatında başlıca rol oynayıblar. Gənclər bu şəhərlərdə "Samotlornefteqaz” şirkətində, "Samotlor yatağının R-1 ilk kəşfiyyat quyusu” memorial kompleksində olacaqlar. Səyahətçilərə Rusiyada ən məşhur və dünyada yeddi ən böyük yataqlardan biri olan Samotlor neft yatağı haqqında müfəssəl məlumat veriləcək.
Xatırladaq ki, bundan əvvəl Rusiya aeroportlarının adlarının dəyişdirilməsi kampaniyası çərçivəsində Surqut və Nijnevartovsk öz hava limanlarına Fərman Salmanovun adının verilməsi uğrunda mübarizə aparıblar. Yekunda Yuqranın iqtisadi paytaxtı qalib gəlib.
banner

Oxşar Xəbərlər