• cümə axşamı, 28 mart, 15:15
  • Baku Bakı 16°C

Yunus Oğuzun əsərləri rus və ingilis dillərində elektron satışda

04.06.19 14:38 726
Yunus Oğuzun əsərləri rus və ingilis dillərində elektron satışda
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun müxtəlif əsərləri elektron satışda da populyarlıq qazanıb.
Trend-in məlumatına görə, əsərləri dünyanın bir çox ölkəsində çap olunan yazıçının "Attila" tarixi romanı rus və ingilis, "Şah arvadı və cadugər" (Jena şaxa i koldun), "Əmir Teymur" (Tamerlan) tarixi romanları rus "Nadir Şah" tarixi romanı isə ingilis dilində elektron satışa çıxarılıb.
Yunus Oğuzun əsərləri Rusiyanın satış saytı olan "Beta.ridero.ru"da böyük populyarlıq qazanıb.
Belə ki, yazıçının adı saytın ən populyar bölməsində trendə düşüb.
banner

Oxşar Xəbərlər