AZE | RUS | ENG |

Yunis Səfərov: "Üzümdəki xəsarəti hadisə yerində polisə müqavimət göstərərkən almışam" - Video

Yunis Səfərov:
İcra başçısına terror edən şəxsin yaxınları: "O, Moskvadakı məktəbdən də radikallığına görə xaric edilib"

Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərovun video görüntüləri yayılıb. 

Daxili İşlər Nazirliyi həmin görüntüləri APA-ya təqdim edib.
 
Yeri gəlmişkən, Y.Səfərovun radikal düşüncəli şəxs olduğu məlum olub. Bu barədə APA-nın Moskva müxbirinə Yunis Səfərovun yaxınları məlumat verib. Yaxınlarının dediyinə görə, Y.Səfərov orta təhsilini Moskvadakı Kərim Kərimov adına 157 saylı orta məktəbdə alıb. Onun anası Leyla Səfərova da həmin məktəbdə kitabxanaçı işləyib.
 
Uşaq vaxtlarından dinə və fəlsəfəyə meyli olan Y.Səfərov anasının istəyi ilə Moskvada hüquq təhsili alıb. Məlum olub ki, Y.Səfərov bir müddət təhsil aldığı məktəbdə pedaqoji fəaliyyətlə də məşğul olub, tarix fənnindən 1 ilə yaxın dərs deyib. Lakin məktəbdə təhsil alan şagirdlərin valideynlərinin şikayəti əsasında o, məktəbdən çıxarılıb. Valideynlər Y.Səfərovun şagirdlərə ixtisasdan tamam başqa şeylər öyrətdiyini, dini ideyalar təbliğ etdiyini, şagirdləri aqressivləşdirdiyini bildiriblər. Y.Səfərov daha sonra dini təhsil almaq üçün İrana gedib, orda yaşayıb və oxuyub.
 
Yaxınları qeyd ediblər ki, idmanla məşğul olan Y.Səfərov fanatik şəxs olub və radikallığa meyl edib. Y.Səfərov evlidir. Bir oğlu, bir qızı var.
 
Yaxınları Y.Səfərovun hərbi xidmətdə olmadığını bildiriblər.
 
Y.Səfərovun anası hazırda Moskvada yaşayır. Qeyd ediblər ki, Yunisin özünün də Moskvanın Myakinino rayonunda evi olub. Atasının uşaq vaxtı onları atdığı, Y.Səfərov və yeganə bacısının anasının himayəsində böyüdüyü qeyd edilir.
 
Yaxınlarının dediyinə görə, Y. Səfərovun bacısı hazırda Yunanıstanda yaşayır.
 
Qeyd edək ki, Y. Səfərov bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
 
Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Onun 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşadığı, bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi də qeyd edilir.
 
Xatırladaq ki, sosial şəbəkələrdə Y.Səfərovun icra başçısını onun qəbuluna gəlmiş hamilə bacısını təhqir etdiyi üçün vurduğu barədə şayiələr dolaşırdı.
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000