• cümə, 19 Aprel, 22:10
  • Baku Bakı 24°C

Yunis Hüseynov “Xəzər Lənkəran”ın idman direktoru oldu

16.09.14 12:18 1303
Yunis Hüseynov “Xəzər Lənkəran”ın idman direktoru oldu
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan futbolunun tanınmış simalarından biri, futbol veteranı, PRO kateqoriyalı məşqçi Yunis Hüseynov yenidən Lənkəran klubunda çalışacaq.
49 yaşlı mütəxəssis “Xəzər Lənkəran”ın idman direktoru vəzifəsinə təyin olunub. Hüseynov bu gün klub prezidenti tərəfindən klub nümayəndələri və komanda üzvlərinə təqdim edilib.
Qeyd edək ki, Hüseynov bundan öncə də cənub klubunda işləyib. O, 2012/2013-cü illərdə “Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsində çalışıb.
banner

Oxşar Xəbərlər