AZE | RUS | ENG |

Yunis Hüseynov istefa verdi

Yunis Hüseynov istefa verdi
“Simurq” da “Xəzər Lənkəran”ı məğlub etdi


Sentyabrın 20-də Topaz Premyer Liqasında 1 oyun keçirilib. IV turun təxirə salınmış “Xəzər Lənkəran” – “Simurq” oyunu baş tutub. Sumqayıtda baş tutan qarşılaşma hər 2 komanda üçün önəm kəsb edirdi. Belə ki, ötən tur “Böyük oyun”da “Neftçi”yə uduzan “Xəzər Lənkəran” “Simurq”un məğlubiyyətsiz oyunlar seriyasını qırmağa, qonaqlar isə tarixində ilk dəfə rəqibindən üstün olmağa çalışırdı.
Zaqatala təmsilçisi hər hissədə 1 qol vurmaqla oyunun taleyini öz xeyrinə həll edib. Bununla da cari mövsüm 5 oyundur uduzmayan “Simurq” zirvəyə yüksəlib. İlk dəfə “Xəzər Lənkəran”a qalib gələn zaqatalalılar rəqibini ardıcıl 2-ci dəfə xalsız qalmağa vadar edib.
Oyundan sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib. Cənub təmsilçisinin çalışdırıcısı qərarını belə izah edib: “Bu görüşdə futbolçularımız çox pis oynadı. Hətta deyərdim ki, çox bərbad oynadılar. Tapşırıqlarım yerinə yetirilmədi. Belə məsələlərə həssas yanaşam adamam. Bu üzdən istefa verirəm. Ərizəmi yazıb, rəhbərliyə təqdim edəcəm”.

20 sentyabr (cümə axşamı)
"Xəzər Lənkəran" - "Simurq" – 0:2
QOLLAR: Burxardt Marçin, 17; Stepan Polyak, 49

Simurq 5 3 2 0 8-1 11

AZAL 4 3 1 0 13-5 10

Qarabağ 5 2 2 1 10-8 8

İnter 5 2 2 1 5-4 8

Qəbələ 5 2 1 2 6-6 7

Neftçi 3 2 0 1 5-2 6

Bakı 4 1 3 0 5-3 6

Xəzər L 5 1 2 2 6-5 5

Sumqayıt 5 1 1 3 5-13 4

Turan 5 1 1 3 5-9 4

Rəvan 5 0 3 2 3-7 3

Kəpəz 5 1 0 4 3-11 3

Bombardirlər: Junior Nildo (AZAL) – 7, Zohair Benouahi (AZAL), Riçard Almeyda (“Qarabağ”) – hər ikisi 4.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219