• cümə, 26 Aprel, 15:32
  • Baku Bakı 23°C

Yunanıstanın Kasos adası yaxınlığında üç batmış gəmi aşkarlanıb

13.11.19 12:15 572
Yunanıstanın Kasos adası yaxınlığında üç batmış gəmi aşkarlanıb
Yunanıstanın Kasos adası yaxınlığında üç batmış gəmi aşkar edilib. Mədəniyyət Nazirliyinin məlumatına əsasən, gəmilər qədim dövr və orta əsrlərə aiddirlər. Arxeoloqlar gəmilərin ətrafında silahlar, gil qablar və beş daş lövbər də aşkar ediblər. Gəminin biri 2300 yaşı var, digərləri isə eramızdan əvvəl I əsrə aiddir. Qeyd edək ki, Kasos adası Krit və Rodos arasında Egey dənizini Yaxın Şərqlə birləşdirən ticarət marşrutu üzərində yerləşir.
banner

Oxşar Xəbərlər