• cümə, 29 Mart, 08:46
  • Baku Bakı 5°C

Yunanıstan yenidən etiraza qalxır

16.07.13 07:46 1290
Yunanıstan yenidən etiraza qalxır
Tətil parlamentdə minlərlə dövlət işçisinin işdən çıxarılması ilə nəticələnəcək qanun layihələrinin müzakirəsinə həsr olunub.
Bu gün Yunanıstanda həkimlər, bələdiyyə işçiləri və polisi, müəllimlər, nəqliyyat işçiləri işləməyəcəklər. Qatarlar da hərəkət etməyəcək. Hava limanına metro işləməyəcək. Aviareyslər 12.00-dan 16.00-dək təxirə salınacaq. Avtobuslar və trolleybuslar iki saat işləyəcəklər.
Yunanıstan hökuməti yeni qanun layihələrinin qəbulundan sonra 12,5 min dövlət işçisini ehtiyata keçirmək fikrindədir. Ehtiyata keçirilən işçilər maaşlarının 75%-ni alacaqlar.
banner

Oxşar Xəbərlər