• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

Yunanıstan TAP vasitəsilə Azərbaycan qazını almağa başlayıb

08.01.21 13:30 419
Yunanıstan TAP vasitəsilə Azərbaycan qazını almağa başlayıb
Trans-Adriatik qaz kəməri (TAP) ilə Xəzər regionundan Yunanıstana təbii qaz tədarükü başlayıb.
Trend bu barədə Yunanıstanın DEPA şirkətinə istinadən məlumat verir.
Qeyd olunub ki, 2013-cü ilin sentyabrında şirkət "Şahdəniz" konsorsiumu ilə qaz tədarükü ilə bağlı 25 illik müqavilə imzalayıb:
"TAP vasitəsilə kommersiya tədarükünün başlaması ilə Yunanıstan tədarük strukturunu daha çox şaxələndirəcək. Bu layihə rəqabətqabiliyyətli qaz qiymətlərini təmin edəcək və bunun faydasını daha çox istehlakçılar görəcək".
Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya tədarükü başlayıb.
banner

Oxşar Xəbərlər