• şənbə, 20 Aprel, 13:00
  • Baku Bakı 23°C

Yunanıstan hərbçiləri Türkiyə helikopterinə atəş açıb

10.04.18 14:30 748
Yunanıstan hərbçiləri Türkiyə helikopterinə atəş açıb
Yunanıstan hərbçiləri TürkiyəSilahlı Qüvvələrinə məxsushelikopterə atəş açıb.
"Report” "CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.
Bildirilib ki, helikopter Kizilhisar adası sahillərinin qərbində yerləşən Ro adası (Kara ada) üzərindən uçurmuş. Bu zaman Yunanıstan hərbçiləriTürkiyə helikopterə xəbərdarlıq atəşi açıb.
"Ekatimerini” qəzetinin yazdığına görə, Türkiyəyə məxsus bir helikopter Yunanıstanın nəzarəti altında olan Kara adası üzərindən alçaqdan uçub. Hadisəyə də bunun səbəb olduğu iddia edilib.
SKAİ televiziyası isə Türkiyə helikopterinə izlənən güllələrlə xəbərdarlıq atəşi açıldığını bildirib.
Türkiyə vəYunanıstanın müdafiə nazirlikləri hələlik insidentə münasibət bildirməyiblər.

banner

Oxşar Xəbərlər