• şənbə, 20 Aprel, 12:15
  • Baku Bakı 23°C

Yunanıstan ARDNŞ-ə görə Avropa Komissiyasından xahiş etdi

10.12.14 09:48 880
Yunanıstan ARDNŞ-ə görə Avropa Komissiyasından xahiş etdi
Maniatis və Şefçoviç razılaşmanın Avropa Komissiyasının Rəqabət məsələləri üzrə Baş direktoratı tərəfindən təsdiqlənməsi prosesini müzakirə ediblər
Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis ötən gün Avropa Komissiyasının vitse-prezidenti, energetika üzrə avrokomissar Maroş Şefçoviç ilə görüşündə ondan Yunanıstanın DESFA qaz paylaşdırıcı sisteminin operatorunun Azərbaycana satılması barədə razılaşmanın təsdiqlənməsini sürətləndirməyi xahiş edib. Bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.
“Görüş zamanı Maniatis və Şefçoviç razılaşmanın Avropa Komissiyasının məsul qurumları, xüsusən də, Rəqabət məsələləri üzrə Baş direktoratı tərəfindən təsdiqlənməsi prosesini müzakirə ediblər. Baş direktorat noyabrın 5-də DESFA-nın yeni sahibkara verilməsinin Avropa rəqabət qaydalarına uyğunluğunun araşdırılması üçün üç ay vaxt istəyib”, deyə nazirliyin məlumatında bildirilir.
İoannis Maniatis qeyd edib ki, hökumət energetika üzrə Baş direktorat ilə əməkdaşlıq edib və aparılan prosedurların hamısı həm milli qanunvericilik, həm də üçüncü enerji paketi ilə tam uyğundur. “Maniatis vitse-prezidentdən razılaşmanın təsdiqlənməsinin sürətləndirilməsinə dəstək verməsini xahiş edib və Yunanıstan hökumətinin bu istiqamətdə həlledici tövhə vermək niyyətində olduğunu bildirib”, deyə nazirliyin məlumatında bildirilir.
banner

Oxşar Xəbərlər