• cümə, 19 Aprel, 21:23
  • Baku Bakı 24°C

Yunan-Roma güləşçilərimiz Olimpiadaya vəsiqə uğrunda yarışırlar

19.05.18 14:45 875
Yunan-Roma güləşçilərimiz Olimpiadaya vəsiqə uğrunda yarışırlar
Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışırlar. Bu çəkilərdə qızıl medal qazanacaq idmançılar Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin edəcək.
45 kq
1/8 final - Qurban Qurbanov - Martinas Muizis (Litva)
51 kq
1/8 final - Mukremin Aktaş (Türkiyə) - Həsrət Cəfərov
60 kq
1/16 final - Deni Nakaev (Almaniya) - Xanəhməd Zeynalov
71 kq
1/16 final - Allahverdi Əliyev - Aleksandrin Qutu (Moldova)
92 kq
1/8 final - Laçın Vəliyev - Tsotne Tsintsadze (Gürcüstan)
Qeyd edək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.
banner

Oxşar Xəbərlər