AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qiymətləndirmə qaydası müəyyənləşib

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qiymətləndirmə qaydası müəyyənləşib

Təfsilat
22 Sentyabr 2020, 15:15 173
"Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”na dəyişiklik edilib.

Bu barədə Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Dəyişiklik yüksək texniki peşə təhsili ilə əlaqədardır. 

Qərara əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir və özündə dərsə davamiyyəti, tələbənin sərbəst işi və semestr ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirəcək. Tələbə semestr ərzində maksimum 10 bal davamiyyət (semestr ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılır), maksimum 10 bal sərbəst işə və maksimum 30 bal nəzəri və praktiki dəsrlərdəki nəticəsinə görə əldə edə biləcək. Cari qiymətləndirmənin nəticələri jurnalda qeyd ediləcək. 

Eyni zamanda, yüksək texniki peşə təhsili səviyyəsində bilik, bacarıq və səriştənin qiymətləndirilməsinin çoxballı sistemi tətbiq ediləcək. Tələbənin modul/fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə əsasən cari qiymətləndirmədən, digər yarısı isə imtahanın nəticələrinə görə toplanacaq. İmtahan təlim nəticələri üzrə biliklərin qiymətləndirilməsi üçün nəzəri suallarla yanaşı səriştələrin qiymətləndirilməsi üzrə praktiki tapşırıqları da əhatə edəcək. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olduqda tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmayacaq.

Konkret modul/fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndiriləcək:
 


Qərarda həmçinin bildirilir ki, yüksək texniki peşə təhsili səviyyəsində ixtisas (sınaq) istehsalat işinin yekun nəticələri bu Qaydada olacaq çoxballı qiymət şkalası (A,B,C,D,E,F) ilə ölçüləcək və qiymətlər jurnala və tələbənin "Tələbə kitabçası”na yazılacaq. Tələbənin toplaya biləcəyi maksimum balların miqdarı 100-ə bərabərdir. Bu balların yarısı tələbənin istehsalat təcrübəsi ərzində davamiyyəti və təlim nəticələri üzrə qiymətləndirilməsi, digər yarısı isə Komissiya tərəfindən ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi nəticələrinə görə formalaşacaq.