• cümə, 19 Aprel, 15:33
  • Baku Bakı 25°C

Yüksək sürət qəzaya yol açdı: 3 yaralı var

21.06.13 13:30 1427
Yüksək sürət qəzaya yol açdı: 3 yaralı var
Sürət həddini aşma yenə də qəzaya səbəb oldu. Budəfəki qəzada ölən olmasa da, 3 nəfər ağır yaralandı. Hadisə Lənkəran rayonunda baş verib.
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Ələt-Astara magistralının 206-cı kilometrliyində baş verən qəzada iki "Jiquli" markalı avtomobil toqquşub. Hadisə dünən saat 16 radələrində qeydə alınıb.
Belə ki, rayonun Səpnəkəran kənd sakini Rakif Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olan zaman qarşı tərəfdən gələn Bakı şəhər sakini Muxtar Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Baş verən qəzada hər iki sürücü və Rakif Cəfərovun həyat yoldaşı Sona Cəfərova müxtəlif
dərəcəli xəsarətlərlə Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, hər 3 yaralıya tibbi yardım göstərilib və onların vəziyyəti orta-ağırdır. Hadisə yerində olan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının bildirdiyinə görə, ilkin versiya kimi hadisəyə səbəb yüksək sürət olub. Dəqiq səbəblər isə aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırmalara başlanıb.
banner

Oxşar Xəbərlər