• cümə axşamı, 25 aprel, 01:03
  • Baku Bakı 19°C

Yüksək nəticələr qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub

18.12.17 10:55 1384
Yüksək nəticələr qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub
Milli Olimpiya Komitəsində Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidentiİlham Əliyevvə birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
APA-nın məlumatına görə, Azərbaycan Prezidenti ölkədə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahətdinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqid Davudova, Qərib Əliyevə və Kamal Əhmədova "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə "Əməkdar Jurnalist", Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Dövlət başçısıİlham ƏliyevElxan Məmmədova, Tahir Gözələ və Fərid Qayıbova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim edib.
Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.
Tədbirdə, həmçinin Azər Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal Əhmədov, Faiq Həsənov, Rəsul Məhəmmədov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.
Prezidentİlham Əliyev2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova prezidentİlham Əliyevə xatirə hədiyyələri təqdim edib, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər