• çərşənbə, 24 Aprel, 07:11
  • Baku Bakı 13°C

Yük maşını ilə minik maşını toqquşdu, 4 ölü var

04.10.18 10:30 591
Yük maşını ilə minik maşını toqquşdu, 4 ölü var
Bərdə rayonu, Mehdili kəndində yük maşını ilə minik maşını toqquşub. FHN-dən Trend-ə verilən məlumata görə, "Shacman" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış biri azyaşlı olmaqla 4 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
banner

Oxşar Xəbərlər