• cümə, 19 Aprel, 22:59
  • Baku Bakı 24°C

Yük maşını çay körpüsünü dağıtdı, Göyçay-İsmayıllı yolu bağlandı

12.09.13 09:40 1755
Yük maşını çay körpüsünü dağıtdı, Göyçay-İsmayıllı yolu bağlandı
APA-nın məlumatında görə ötən gecə yolun 2-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində sel sularını ötürən kanalın üzərində inşa edilmiş körpü uçub və yol bağlanıb.
Məlumata görə, sürücü Hümbət Novruzovun idarə etdiyi 90 JR 304 dövlət nömrə nişanlı, “SHACMAN” markalı yük maşını mişar daşı ilə yüklü vəziyyətdə körpünün üzərindən keçərkən qəzalı vəziyyətdə olan körpü tamamilə dağılaraq yararsız hala düşüb.
Yükü ilə birgə 80 ton ağırlığı olan “SHACMAN” körpünün üzərində asılı vəziyyətdə qalıb. Qəza zamanı sürücü xəsarət almasa da, yük maşını əzilib, hazırda maşının kanaldan çıxarılması üçün iş aparılır.
Qeyd edək ki, eni 6 m, uzunluğu 10 m olan körpü və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu dağılaraq istismar müddətini başa vurub. Son vaxtlar böyük çalaların əmələ gəldiyi yolda avtomobillərin hərəkəti mümkünsüz olub. Göyçay və İsmayıllı sakinlərinin ən çox istifadə etdiyi bu yol körpünün dağılması səbəbindən tamamilə bağlandığı üçün indi avtomobillər alternativ olaraq yaxınlıqdakı kəndlərin daxili yollarından, Göyçay-Hacıhətəmli-İvanovka-İsmayıllı və Göyçay-Ağdaş-Qəbələ-İsmayıllı yollarından istifadə edirlər.
banner

Oxşar Xəbərlər