• cümə axşamı, 25 aprel, 13:02
  • Baku Bakı 23°C

Yük maşını avtomobilin üzərinə çıxdı, idmançı öldü

06.02.18 11:20 728
Yük maşını avtomobilin üzərinə çıxdı, idmançı öldü
NFL-də (Peşəkar Amerika Futbolu Liqası) çıxış edən "İndianapolis”in oyunçusu Edvin Cekson faciəli şəkildə həlak olub.
Kaspi.az xəbər verir ki, Cekson avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Ford F-150 markalı yük maşını Ceksonun avtomobilinin üzərinə çıxıb. Cekson və avtomobildə olan digər sərnişin ölüb.
Qəza törədən yük maşınının sürücüsü hadisə yerindən qaçmaq istəsə də, polis onu saxlayıb. Hadisə baş verərkən sürücünün sərxoş olduğu bildirilir. Onun sürücülük vəsiqəsi də olmayıb.
Cekson avtomobilində olan digər sərnişinin halı pisləşdiyi üçün maşını yolun kənarında saxlayıb. Elə bu vaxt yük maşını arxdan avtomobilə çırpılıb.
banner

Oxşar Xəbərlər