• cümə, 26 Aprel, 06:43
  • Baku Bakı 12°C

Yük maşını at arabalarını vurdu, atlar öldü

24.09.13 08:11 1437
Yük maşını at arabalarını vurdu, atlar öldü
APA-nın verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Canağır kəndi ərazisində qeydə alınıb. Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini Məmmədseyidov Pərvin Gülbala oğlu idarə etdiyi 40 BH 534 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşını Xaçmaz rayon Şıxaput kənd sakinləri Adil Poladova və Zaur Bədəlova məxsus iki at arabasını vurub. Qəza nəticəsində atların hər ikisi tələf olub.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər