• çərşənbə axşamı, 16 aprel, 08:43
  • Baku Bakı 14°C

YPG və SDG terror təşkilatları 185 uşağı öldürüb, 10-nu qaçırılıb

20.06.20 18:51 556
YPG və SDG terror təşkilatları 185 uşağı öldürüb, 10-nu qaçırılıb
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi "Twitter” hesabında separatçı YPG və SDG terror təşkilatlarının insanlığa, eyni zamanda uşaqlara qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı məlumatlar açıqlanıb.
İdarədən Trend-ə verilən məlumata görə, açıqlamada, YPG və SDG terror təşkilatı tərəfindən 328 uşağın silahlandırıldığı, 214 uşağın həbs edildiyi, 185 uşağın öldürüldüyü, ümumilikdə isə 10 uşağın qaçırılması ilə bağlı məlumatlar qeyd edilib.
Xəstəxanaların və məktəblərin də müharibə cinayəti olaraq istifadə edildiyi əks olunan açıqlamada, terror təşkilatları tərəfindən 2 xəstəxananın və 38 məktəbin hərbi baza kimi istifadə edilməsi qeyd olunub.
banner

Oxşar Xəbərlər