• cümə, 19 Aprel, 17:02
  • Baku Bakı 25°C

YPG Türkiyə artilleriyasının zərbələrindən sonra Afrindən geri çəkilib

20.02.18 21:07 444
YPG Türkiyə artilleriyasının zərbələrindən sonra Afrindən geri çəkilib
Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra YPG kürd silahlı dəstələri Afrindən geri çəkilib.

APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn kürd silahlı dəstələri Afrinin 10 kilometrliyində dayandırılıb.

Bundan əvvəl bəzi KİV-lərSuriyaordusu və YPG arasında əldə olunmuş sövdələşməyə əsasən, hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.

Ötən günSuriyanın SANA dövlət xəbər agentliyi "SuriyaXalq Qüvvələri”nin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonraSuriyahökumət qüvvələrinin Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq isəSuriyaordusunun Afrinə daxil olmaq planına dair iddiaların həqiqətə uyğun olmadığını bildirib.
banner

Oxşar Xəbərlər