• çərşənbə axşamı, 23 aprel, 15:19
  • Baku Bakı 24°C

“Youth Inc.” Proqramı uğurlu ideyaları formalaşdırır- FOTOLAR

14.12.16 15:52 2342
“Youth Inc.” Proqramı uğurlu ideyaları formalaşdırır- FOTOLAR
Gənclər arasında sahibkarlıq anlayışının təbliği və sahibkarlıq mədəniyyətinin formalaşmasını təbliğ edən "Youth Inc.” Proqramı fəaliyyəti çərçivəsində təlimlər, tədbirlər, forumlar, məlumat turları, müsabiqələr, master-klasslar və s. bu kimi maarifləndirici tədbirlər təşkil edir. Proqram, həmçinin, öz istifadəçilərinə biznes-ideyası olan, öz biznesinə başlamaq istəyən gənclərə mentor dəstəyi, konsultasiya xidməti, investorlara çıxış imkanı və s. xidmətlər təklif edən "Youth Inc." Biznes İnkubasiya Mərkəzini (BİM) təqdim edir. Məlumdur ki, startapların və innovativ layihələrin həyata keçirilməsində biznes inkubatorların rolu əvəzolunmazdır. Bu mərkəzlər startaplara ideyanın yaradılmasından başlayaraq, layihənin maliyyələşdirilməsinə qədər dəstək ola bilirlər. Məhz bu səbəbdən, biznes-inkubator mərkəzlərinin inkişafına dövlət xüsusi diqqət ayırır. Aydındır ki, rəqabətin olduğu mühitdə inkişaf da olur. Bu da startapçıların azad seçim şəraitində təklif edilən imkanlardan istifadə edə bilmələri üçün inkubasiya mərkəzlərinin davamlı inkişafına tələb yaradır. Hazırda Azərbaycanda 10-dan çox biznes-inkubasiya mərkəzi fəaliyyət göstərir.
"Youth Inc.” Proqramı da öz növbəsində təklif etdiyi imkanlardan faydalanan gənclərin sayını artırmaq, gənclərin sahibkarlıq inkişafına dəstək olmaq məqsədilə təlim, tədbir, proqram və layihələr həyata keçirib.

Deyə bilərik ki, bu günə qədər 8 müxtəlif biznes layihələr həyata keçirilib, 25 startap dəstəklənib və 7000-ə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.
"Youth Inc.” Proqramı çərçivəsində həyata keçirilən belə layihələrdən biri də "Youth Inc. Business Academy” Akselerasiya Proqramı olub. Sözügedən layihə "Youth Inc.” Proqramının daimi dəstəkçiləri olan "Coca-Cola” şirkəti, AR-nın Gənclər və İdman Nazirliyi, "Vətəndaş Cəmiyətində Debat” İctimai Birliyi, habelə digər maraqlı tərəflərin (stakeholder) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Yüksək Texnologiyalar Parkı” və "Nobel Oil” şirkətinin, eləcə də yerli və xarici mentorların əvəzolunmaz dəstəyi sayəsində ərsəyə gəlib. Proqramın məqsədi gənclərə sahibkarlıq haqqında nəzəri və praktiki biliklər verməklə startapların fəaliyyətinə təkan vermək, bununla da, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqdır. 6 həftəlik proqram ərzində 25 nəfər iştirakçıya 72 saatlıq layihə müddətində 7 əcnəbi və 7 yerli mentorun təqdimatında mühazirələr keçirilib. Layihə iştirakçıları Stenford Universitetinin professoru, "Silikon Vadinin”-nin daimi sahibkarı Stiv Blank və onun komandasının hazırladığı «Lean Launchpad» video dərsliyinin Azərbaycan dilində tərcümə olunmuş kitablarından faydalanıblar. Seçilmiş iştirakçılarla yanaşı digər şəxslərə həftədə bir dəfə proqrama qatılması üçün yaradılan "açıq dərs saatları” layihənin fərqləndirici cəhətlərindən biri olub. Belə ki, təşkil olunmuş 5 açıq dərsdə spiker qismində Niyazi Qasımov ("MilliKart" şirkətində Rəqəmsal Marketinq qrupunun rəhbəri), Kamil Babayev ("Azerbaijan Coca-Cola Bottlers" şirkətinin İR təlimçisi), Sənan Həsənov (CDB Bankın Biznesin İnkişafı departamenti direktoru), Eldar Qocayev (Kommersiya hüququ üzrə ekspert) və Anastasia Green ("Aware"-nin təsisçisi və fərdi sahibkar) çıxış edib, bununla da 200-ə yaxın şəxs təlimlərdən faydalanıb. Proqram müddətində hər bir iştirakçıya fərdi yanaşılaraq ideyalarının inkişafı üçün xüsusi mövzular ətrafında mentorlar tərəfindən konsultasiya edilib.
Layihənin ilk günlərdən uğurlu olacağına inanan maraqlı tərəflər (stakeholderlər) və mentorlar proqram haqqında gözlənti və düşüncələrini bölüşüblər:
Layihənin keçirilməsində birbaşa rolu olan "Youth Inc.” Proqramının koordinatoru Müşviq Həsənov bildirib: "Youth Inc.” Business Academy Akselerasiya Proqramını yaratmağımızdan əvvəl biz özümüzə sual verdik: - Azərbaycandan olan startaplara qlobal bazarın təcrübəsini necə yaşada bilərik? Bu suala cavab olaraq biz bu proqramı yaratdıq. Proqramda ABŞ-dan olan 7 əcnəbi və 7 yerli mentor tərəfindən 6 həftə ərzində iştirakçılara təlimlər keçirildi. Deyə bilərik ki, bu müddət ərzində ideyalarını formalaşdıran 25 layihədən bir neçəsi artıq qlobal layihəyə çevrilmək potensialındadır.”
Layihədə mentor qismində çıxın edən "VSense Medical”-ın texnologiya üzrə baş icraçı direktoru Hector Del Castillo öz nitqində belə layihələrin keçirilməsini dəstəkləyib. "Layihə başlamamışdan bir neçə ay əvvəl mən Elşən Baloğlanovla görmüşdüm. O, mənə proqram haqqında bəhs etdiyində layihənin əhəmiyyətini dərk etdim. Bu proqramda mentor kimi iştirak edəcəyimdə maraqlı olduğumu bildirdim. Beləcə, layihəyə mentor qismində az da olsa dəstəyimi göstərdim. Proqram müddətində yaradılan platforma möhtəşəm idi, çünki iştirakçılar mühazirələrdə onlayn olaraq canlı iştirak etmək və qarşılıqlı əlaqəyə keçmək iqtidarında idilər və bu iki tərəfli qarşılıqlı əlaqə idi.”
Layihədə iştirak edən digər xarici mentor Hüququ və İntellektual Mülkiyyət məsələləri üzrə vəkil Matthew J. Beddingfield gənclərimizdə sahibkarlığa olan marağı yüksək qiymətləndirərək qeyd edib:
"Bu proqrama cəlb olunan gənclər möhtəşəm idilər. İştirakçıların ideyaları dahiyanə idi və onlar öz biznesləri üçün gözəl suallar verirdilər. Mən burada - Vaşinqtonda bir çox startapçılarla çalışmışam. Düşünürəm ki, bizim gənclər heç də onlardan geri qalmır və inanıram ki, ideyalarını inkişaf etdirsələr dünya miqyaslı biznesə keçid ala biləcəklər.”

Əminliklə deyə bilərik ki, proqram müddətində keçirilən dərslər, aparılan müzakirələrin nəticəsi olaraq, əksər iştirakçılar öz ideyalarını uğurla inkişaf etdirə biliblər.
Sağlam qidalanmağı əsas hədəf seçən "Eldən-Evə” layihəsi şəhər əhalisinə təzə ərzağın, ət və süd məhsullarının çatdırılmasını nəzərdə tutur. İdeya müəllifi olan Tuğra Musayeva bu layihəsi vasitəsilə şəhərdə yaşayan ailələri sağlam qida ilə təmin etməklə yanaşı, xırda fermerlərə öz məhsularını şəhər bazarında satmaq üçün çıxış imkanı yaradır ki, bu da onların yol və digər administrativ xərclərini minimuma endirəcək.”
Digər layihə iştirakçısı Elşən Əkbərov müəllifi olduğu "TRAMASS” layihəsi ilə "Business Academy” Akselerasiya Proqramına qoşulub. Aqrobizneslə məşğul olan Azərbaycanlı sahibkarlar üçün nəzərdə tutulmuş bu ticarət platformasında sahibkarlar qeydiyyatdan keçərək öz məhsullarının kütləsini, qiymətini qeyd edərək satışa çıxara biləcəklər. Bu da onlara xarici bazarlarda asanlıqla alıcı tapa bilmələrinə imkan yaradacaq.
Azərbaycanda vahid şadlıq saraylar şəbəkəsini yaratmağı hədəfləyən Abbas Abbasov bu ideyasının inkişafı üçün layihəyə qoşulduğunu qeyd edib: "Shadliq.az” layihəsi Bakı şəhərində yaşayan və müxtəlif növ tədbirlərin - toy, nişan, xinayaxdı, ad günü, korporativ, banket və s. keçirilməsi üçün məkan axtarışında yardımçı olan ən geniş restoran və şadlıq sarayları şəbəkəsidir. Artıq fəaliyyət göstərən bu layihə www.shadliq.az izləyicilərinə məkanları 3D Virtual Tour texnologiyası ilə uzaq məsafədən kəşf etmək imkanı yaradacaq, eləcə də tədbirlər üçün lazım olan fotoqraf, aparıcılar, klounlar, rəqqaslarla əməkdaşlıq, dizayn şirkətləri, tədbirlərin təşkili və s. xidmətləri əlavə edəcək.
Uşaqları diqqətdən qoymayan "Mənim hekayəm” layihəsi hər uşağa fərdi olaraq kitab dizaynının hazırlanmasını təşkil edir. İdeya müəllifi olan Ceyhun Əmirxanlı ideyasının məqsədini uşaqların fərdi inkişafına, sağlam fərd olaraq yetişməsinə, onların həyatda qarşılaşacağı hər cür situasiyaya hazırlıqlı olmasına kömək etməkdə görür. Hər 3 dildə (Azərbaycan, rus və ingilis) tərcümə olunan kitablar 7-14 gün ərzində təhvil verilir.”
Kitablara olan maraq digər layihə iştirakçısı Orxan Əhmədov tərəfindən "Kvotter” layihəsinin yaranması və inkişafına gətirib çıxarıb. Belə ki, Kvotter layihəsi oxuduğunuz kitablardan bəyəndiyiniz sitatları, onların mənbəsi və müəllifi haqqında məlumatları yaddaşda saxlamağa, həmçinin, digər şəxslərlə rahatlıqla paylaşmağa yardımçı olan mobil platformadır. Bu xidməti istifadə edən şəxslər sitatı paylaşmaq üçün OCR texnologiyası vasitəsilə istənilən yazı olan mənbədən şəkli çəkə, eləcə də şəkildə olan yazını asanlıqla paylaşıla bilən yazı formatına çevirə biləcəklər. Layihə müəllifi hazırda sitatın paylaşımı və ya sitat olan kitabın alınması təqdirdə qazanc əldə etməsi üçün bir neçə gəlir modelinin üzərində işləyir.
Əyləncəni sevən hər bir gənc kimi Ramil Rəhimzadə bu sahəni daha da inkişaf etdirərək uğurlu biznesə çevirməyə çalışır. MadX adlanan bu layihə tədbirlərin təşkilini nəzərdə tutur. Layihə müəllifinin sözlərinə görə öz qeyri-adiliyi ilə seçilən MadX peşəkar komandası ilə təşkilatçılıq işlərini yüksək dəqiqliklə yerinə yetirir, eləcə də, məkan, dekorasiya, üslub və s. kimi seçimlərdə hər zaman müştərilərinin istəyini nəzərə alır. Onu qeyd etmək kifayətdir ki, keçirdikləri "Bus-Party”, Dream Movie”, "Factory Party”, "Sky&Sand beach event” adlı tədbirlərdə 450-ə yaxın gəncin zövqünü oxşamağı bacaran MadX daim fəaliyyət istiqamətini fərqlilik prinsipi üzərində qurur.
Qeyd olunan ideyalara əsasən, demək olar ki, bütün layihələr öz fərqliliyi ilə seçilir və bazarda mövcud boşluqları tutduqları üçün tezliklə öz hədəf kütlələrinə çatacaqları aydın görünür. Hazırda reallaşdırılması münasib görünən, bəyənilən biznes-ideyaların yerli və xarici mentorlar tərəfindən 50.000-dək investisiya qazanmaq məsələləri müzakirə edilir, bu istiqamətində onlayn və oflayn görüşlərin təşkil edilməsi işləri aparılır.
Ümumilikdə deyə bilərk ki, ideyadan biznesə keçid istiqamətində həyata keçirilən 6 həftəlik proqram yeni tanışlıqlar, məhsuldar təlimlər, faydalı biliklər və işgüzar əlaqələrlə yadda qalıb. Bu proqram Azərbaycanda ideyadan biznesə keçid istiqamətində peşəkarlıqla həyata keçirilən sürətləndirilmiş biznes proqramdır. Yaxın zamanda layihənin yeni əməkdaşlıqlar və mentorlar çərçivəsində növbəti mövsümünün keçirilməsi nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər