• cümə, 29 Mart, 08:44
  • Baku Bakı 5°C

“Youth Inc. Business Academy” Akselerasiya Proqramı başa çatdı

02.12.16 17:13 884
“Youth Inc. Business Academy” Akselerasiya Proqramı başa çatdı
"Coca-Cola” şirkəti, "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC), Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Yüksək Texnologiyalar Parkı” və "Nobel Oil” enerji şirkətinin dəstəyi ilə "Youth Inc.” Gənclərin sahibkarlıq proqramı çərçivəsində həyata keçirilən "Youth Inc. Business Academy” Akselerasiya Proqramı 6 həftəlik intensiv təlim-tədris kursunu başa vurub. Layihənin Yüksək Texnologiyalar Parkında baş tutmuş bağlanış və mükafatlandırma mərasimində müsabiqə iştirakçıları ilə yanaşı, proqramın tərəfdaş nümayəndələri, rəsmi qonaqlar, digər inkubasiya mərkəzlərinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev qonaqları salamlayaraq nitqinə başlayıb: "İqtisadiyyatımızın inkişafı hər zaman aktual mövzulardan biri olaraq qalır. Bilirik ki, sabahın iqtisadiyyatı bu günün gəncliyindən başlayır. Biz də "Youth Inc.” Proqramı olaraq biznes proqramlar, təlim-tədris kursları təşkil etməklə gənclərimizin inkişafına şərait yaradırıq. Belə layihələrdən biri olan "Biznes Academy” Akselerasiya Proqramını təşkil etməkdə məqsədimiz biznes sahəsində gələcəyini qurmaq istəyən, biznes yönümlü gənclərin bu sektorda ilkin addım atmalarına maksimum imkan yaratmaqdır”.
"Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzləliyev də layihə ilə bağlı öz fikirlərini bölüşüb: "Bu gün "Youth Inc. Business Academy” Akselerasiya proqramının bağlanış və mükafatlandırma mərasimdəyik. Nəticə olaraq, layihə iştirakçısı olan 25 nəfər gənc bu proqramı bitirərək öz bizneslərinə qədəm qoyurlar. Ümid edirik ki, belə proqramlar vasitəsilə "Coca-Cola” cəmiyyətə, gənclərin inkişafına öz töhvəsini verəcək.”
Rəsmi çıxışlardan sonra layihə iştirakçılar diplomla, mentorlar isə təşəkkürnamə ilə mükafatlandırılıb. Proqram iştirakçıları layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər:
"Mən təhsil sahəsində çalışıram və bu sahədə biznes qurmaq marağındayam. İlk addım olaraq biznes ideyam var, ancaq onu necə inkişaf etdirəcəyimi bilmirdim. "Youth Inc. Business Academy” proqramına qoşulmaqla mənə gərəkli olan biznes planın yazılmasından tutmuş Biznes Kətan modelinin qurulmasına qədər biliklər əldə etdim. Eyni zamanda biz burada qrup şəklində müxtəlif biznes ideyaları olan gənclər ilə tanış olduq. İnanıram ki, gələcəkdə müxtəlif ortaq maraqlarda bir-birimizin biznesinə faydalı ola biləcəyik.” deyə təhsil sahəsində çalışan layihə iştirakçısı Mehriban Nəzərova qeyd edib.
"Mənim ideyam yerli və beynəlxalq bazar üçün nəzərdə tutulduğundan xarici mentorların fikirlərini almaq və onların mühazirələrində iştirak etmək layihəmə yeni fikir, yeni düşünmə tərzi gətirdi. Bu təlimlərin təşkilinə görə "Youth Inc.”Proqramına öz təşəkkürümü bildirirəm.” deyə "Kvotter” ideyasının müəllifi Orxan Əhmədov qeyd edib.
banner

Oxşar Xəbərlər