• cümə, 19 Aprel, 11:01
  • Baku Bakı 13°C

Yolu keçən qadınları maşın vurdu

28.10.14 12:30 800
Yolu keçən qadınları maşın vurdu
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 27-də saat 20.00 radələrində Xətai rayonunun C. Kərimov küçəsində qeydə alınıb.
Bakı şəhər sakinləri Aybəniz Ramazanova və Leyla Qasımova yolu keçən zaman müəyyən edilməmiş avtomobil tərəfindən vurulublar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
banner

Oxşar Xəbərlər