• cümə, 19 Aprel, 05:44
  • Baku Bakı 18°C

Yollar qar və buzdan təmizlənib

09.01.15 15:07 1151
Yollar qar və buzdan təmizlənib
“Hava şəraitinin kəskin dəyişməsi paytaxtın Binəqədi rayonunda təxirəsalınmaz tədbirlər görülməsini qaçılmaz edib”. Bu barədə Binəqədi rayon icra hakimiyyətinin ictimi-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Məmmədova öz “Facebook” səhifəsində məlumat verib. Qeyd edib ki, görülən tədbirlər nəticəsində bütün yollara, o cümlədən məhəllədaxili və avtomobil yollarına duz, torpaq səpilib, nəqliyyat vasitələrinin sərbəst hərəkəti tam təmin olunub. Şöbə müdiri bildirib ki, Binəqədi rayonunda elektrik enerjisi, qaz, su təchizatında da problemlər yoxdur: “Havanın şaxtalı keçməsinə, yolların buz bağlamasına baxmayaraq, hazırda 6-cı və 9-cu mikrorayonlar ərazisində hər hansı bir problem müşahidə olunmur. Belə ki, məhəlləarası da daxil olmaqla, yollar buzdan təmizlənib, qaz, enerji, su təchizatında problem yaşanmayıb. Gecə saat 04-dən başlayaraq Biləcəri qəsəbə ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətini təmin etmək məqsədilə bütün mərkəzi küçələrə duz səpilib. Qabaqcadan görülmüş tədbirlər nəticəsində Binəqədidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində heç bir problem yaranmayıb”.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər