AZE | RUS | ENG |

Yollar qar və buzdan təmizlənib

Yollar qar və buzdan təmizlənib
Nuridə Məmmədova: “Qabaqcadan görülmüş tədbirlər nəticəsində Binəqədidə heç bir problem yaranmayıb”


“Hava şəraitinin kəskin dəyişməsi paytaxtın Binəqədi rayonunda təxirəsalınmaz tədbirlər görülməsini qaçılmaz edib”. Bu barədə Binəqədi rayon icra hakimiyyətinin ictimi-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Məmmədova öz “Facebook” səhifəsində məlumat verib. Qeyd edib ki, görülən tədbirlər nəticəsində bütün yollara, o cümlədən məhəllədaxili və avtomobil yollarına duz, torpaq səpilib, nəqliyyat vasitələrinin sərbəst hərəkəti tam təmin olunub. Şöbə müdiri bildirib ki, Binəqədi rayonunda elektrik enerjisi, qaz, su təchizatında da problemlər yoxdur: “Havanın şaxtalı keçməsinə, yolların buz bağlamasına baxmayaraq, hazırda 6-cı və 9-cu mikrorayonlar ərazisində hər hansı bir problem müşahidə olunmur. Belə ki, məhəlləarası da daxil olmaqla, yollar buzdan təmizlənib, qaz, enerji, su təchizatında problem yaşanmayıb. Gecə saat 04-dən başlayaraq Biləcəri qəsəbə ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətini təmin etmək məqsədilə bütün mərkəzi küçələrə duz səpilib. Qabaqcadan görülmüş tədbirlər nəticəsində Binəqədidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində heç bir problem yaranmayıb”. R.İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805