• cümə axşamı, 25 aprel, 20:41
  • Baku Bakı 21°C

Yol yoldaşlarının “oğru” davası

27.07.16 10:58 1463
Yol yoldaşlarının “oğru” davası
Əksər sahələrdə peşəkarlarla yanaşı, qeyri-peşəkarlara, təsadüfi insanlara rast gəlmək olur. Azərbaycanda hüquq müdafiəçiliyi ilə məşğul olanların sırası da bu baxımdan rəngarəngdir. Hazırda bu sahədə fəaliyyət göstərən, adını hörmətlə andığımız əsl hüquq müdafiəçiləri, peşəkar hüquqşünaslar, ziyalı insanlar çoxdur. Lakin onların arasında hüquq müdafiəçiliyini şəxsi gəlir mənbəyinə çevirən, dövlət və cəmiyyət maraqlarını heçə sayan, insanların düşdüyü çətin vəziyyətdən öz məqsədləri naminə yararlanan, zərərçəkən, yaxud hüquqları pozulanların müdafiəsi adı altında xarici təşkilatlardan külli miqdarda qrant alanlar da çoxdur. "Hüquq müdafiəçisi” libasına bürünmüş belə qrant dəllalları barədə zaman-zaman yazıb, onların əməlləri barədə fikirlərimizi bildirmişik. Bu günlərdə "Facebook” sosial şəbəkəsində açılan müzakirələr, həmin müzakirələrdə özlərini hüquq müdafiəçisi, "siyasi məhbus”, "demokrat” adlandıranların aqressiv iştirakı, bir-birinin ünvanına müxtəlif ittihamlar səsləndirməsi mövzunu yenidən aktuallaşdırıb. Heç bir əlavə şərh vermədən təqdim edəcəyimiz həmin fikirlər "hüquq müdafiəçiləri”nin əsl reallıqda hansı işlərlə məşğul olduqlarını, həmçinin onların mənəvi və şəxsi keyfiyyətlərini bir daha ortaya qoyur.
Belə ki, hazırda İsveçrədə yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov iyulun 21-də "Facebook”dakı profilində vaxtilə çiyin-çiyinə addımladığı jurnalist Xədicə İsmayıla böyük bir status həsr edib. O, X.İsmayıl ilə aralarında yaşanan gərginliyi detallarına qədər ictimai müzakirəyə çıxarıb: "Bu gün maraqlı bir hadisə baş verdi. Xədicə İsmayılovanın telefonuna zəng vurdum səsimi eşidən kimi kinli-kinli mənə dedi ki, səninlə danışmaq istəmirəm və telefon dəstəyini asdı. Bu, mənə çox qəribə gəldi. Yenidən yığdım dedim nə məsələdir? Cavabı belə oldu ki, sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən, mən isə buna imkan verməyəcəyəm. Mən öz növbəmdə ondan təəccüblənərək soruşdum, Xədicə, anlamadım, nə demək istəyirsən, zəhmət olmasa izah elə. O, izah etmədən telefon dəstəyini yenidən asdı. Qərara gəldim ki, əgər dəstəyi atan adam məni eşitmək istəmirsə, üstəlik də bu cür əsassız və saxta ittiham edirsə, bu adama ictimai acıq müraciətlə cavab verim və suallarımı ünvanlayım. Xədicə, sənin qısa telefon danışığın bu günə qədər məni ən çox təəccübləndirən danışıq oldu. Bilmirəm sənə nə olub. Ola bilər ki, kimsə səndə barəmdə yanlış fikir formalaşdırıb. Ola bilər ki, sən ulduz xəstəliyinə yoluxmusan, ayağın yerə dəymir, göynən uçursan, ya da paxıllıqdan bunu edirsən, yaxud da başqa fikrimə gələ bilməyən məsələlərə görə bunu edirsən, hər halda, dəqiq deyə bilmərəm. Amma gec-tez aydın olacaq. Mənə dedin ki, sənin taleyinlə və başqa adamların taleyi ilə pul qazanıram. Əgər həbsxanada oturarkən mənim səni müdafiə etməyimi istəmirdinsə, xəbər göndərərdin, buna müvafiq addım atardım və qərarına hörmətlə yanaşardım. Lakin sənin müdafiənlə bağlı sənin yaxınların əlimizdən gələ biləcək köməyi bizdən istəyirdilər. Mən və rəhbəri olduğum qurum da bunu edirdik”.
X.İsmayıl ünvanına səsləndirilən fikirlərə cavab olaraq bildirib ki, E.Hüseynovun xaricdə oturub, burada əziyyət çəkənlərin hesabına pul qazanmaq istəyinə yardımçı olmaq istəmir: "Xüsusilə də bu qazancı əldə etmək üçün bütün təşkilatlara yerli hüquq müdafiəçiləri, ölkədə qalıb, əziyyətlərə qatlaşanlar haqqında böhtan donosları yazmağından sonra. Sizin orda nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümün də, camaatın da ürəyini bulandırmaq istəmirəm. Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənin bütün əyər-əskiyinə dözürdük. İndi daha nə qədər çalışsan da dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə bir şeyi yaddan çıxarmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla məni narahat etməyəsən”.
E.Hüseynov polemikanı davam etdirərək, hətta X.İsmayılı təhdid etməkdən belə çəkinməyib: "Əyər-əskiklərimizi tərəziyə çıxarası olsaq, səninkilər mənimkindən 10 qat pis olar. Mən heç kəsin gözündə dissident kimi görsənmək üçün insan haqları müdafiə işinə başlamamışam. Qrant hesabına iş görmək ayıb deyil. Ayıb sənin kimi sübutu olmadan sənin müdafiənə ömrünün 5 ilini həsr etmiş, həyatını təhlükəyə atmış adamı şər-böhtanla ləkələməkdir”.
Sosial şəbəkədəki bu "dava-dalaşa” onları yaxından-uzaqdan tanıyanlar da qoşulublar. Sabiq "N!DA”çı Üzeyir Məmmədli bu polemika ilə tanış olduqdan sonra öz profilində ayrıca status yazaraq E.Hüseynovu oğru adlandırıb: "Emin Hüseynovun statusunu və şərhləri oxudum. Belə yerdə atalar məsəli yada düşür: oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bir də şərhlərdə çox hörmət etdiyim insanlar tərəfindən "belə şeyləri facebookda yazmayın, ikiniz də dəyərlisiz” tipli şərhlər yazılıb. Dostlar, xahiş edirəm, Emin Hüseynov kimi oğruları müdafiə etməyin. Emin Hüseynovla bağlı məsələ bir çox insan tərəfindən bilinirdi, sadəcə, heç kim ictimai şəkildə bu barədə yazmırdı. İndi özü bu məsələni ictimailəşdirməklə hamıya mövqe qoymaq üçün imkan yaradıb”.
E.Hüseynov Ü.Məmmədlinin bu fikirlərini X.İsmayılla bağlı yazdığı statusun rəy bölməsinə əlavə edərək, ona sualla müraciət edib: "Üzeyir Məmmədli, deyirsən ki, mən oğruyam və bunu bir çox insanların bildiyini yazırsan. Əgər sən bir çox bildiyin insanları - İzolda Ağayevanı, Aytən Fərhadovanı və ya Aynur Elgünəşi bilirsənsə, özün də onlar kimi şər-böhtançısan. Başqa adamlar da varsa, get onlardan yenidən soruş və yazının altından dediyin sözü əsaslandıracaq sübut yaz. Üzümə böhtan atan üç nəfər adını çəkdiyim xanım jurnalistdən sənin fərqin odur ki, sən hüquqşünassan. Amma yazdığın uydurma böhtandan görünür ki, sən girdirmə hüquqşünassan. Çünki əsl hüquqşünas başqasının günahını sübuta yetirməmiş onu cinayətkar adlandırmaz. Sən isə nəinki sənə və səninlə birlikdə tutulmuş NİDA-çılara göstərdiyim dəstəyi xaincəsinə unutdun. Sən yersiz-yersiz kiməsə yaltaqlanmaq üçün mənə şər-böhtan atdın”.
Polemikada adı çəkilən jurnalist Aytən Fərhadova isə öz profilində status yazaraq bildirib ki, çoxlarının çirkabına göz yumulub və dostların bu işdə səyi az olmayıb. O, durulmağın zamanının yetişdiyini qeyd edib: "Dünən qrant yeyənlər bu gün özünü halal pul yeyən kimi sırıyır. Anasını polis idarəsində görüb tükü tərpənməyən şəxs bizə dərs deyəcək durumda ola bilməz. Dost, get başqa çəmənə...”.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər