• cümə axşamı, 25 aprel, 19:16
  • Baku Bakı 21°C

Yol yoldaşları – Ailə

13.07.16 14:09 6204
Yol yoldaşları – Ailə

Nüşabə Hüseynli: "İstədiyimiz kimi yeməyə, istədiyimiz kimi geyinməyə bilərik, amma övladımıza istədiyimiz kimi təhsil verməliyik”


13 ildir hər gün evdən birlikdə çıxıb, axşam evə bir yerdə qayıdırlar. İki yaşından etibarən övladları Selcan da valideynləri ilə birlikdə çıxıb, onlarla birlikdə evə qayıdır. Onlar üçün ailədə səmimiyyət və hörmət çox vacibdir. Söhbət "Ailə” rubrikasının müsahibləri tərcüməçi-jurnalist İlham Rəfi və Bakı Slavyan Universitetinin baş müəllimi, fəlsəfə doktoru, "Space” televiziyasının redaktoru Nüşabə Hüseynlinin ailəsindən gedir.


İki ildən sonra qaldırılan "ağ bayraq”

Tanışlıq tarixçəsini adətən xanımlar yaxşı danışdığına görə Nüşabə sözə başlayır: "Mən "Şəhriyar” qəzetində işləyirdim, mərhum yazıçı Əlibala Hacızadə ilə eyni otaqda otururdum. İlham da o zaman "Şəhriyar” qəzetinə tərcümələr gətirirdi. Bizim qəzetə gedib-gələndə diqqətimi xüsusi çəkməmişdi, sadəcə, belə bir oğlanın bizimlə əməkdaşlıq etdiyi yadımda qalmışdı. Üstündən 3-4 il keçəndən sonra "Media Holding”in nəzdindəki "Bizim əsr” qəzetində işləməyə başladım. Gördüm ki, həmin oğlan da oradadır. Bir otaqda çalışırdıq. O, həm tərcümə edir, həm idman şöbəsinə baxırdı. Mən də mədəniyyət, incəsənət, hərdən də ədəbiyyatdan yazırdım. Beləcə tanış olduq”.
Bir otaqda çalışsalar da, aralarında sevgi bağı bir az gec qurulur. Daha doğrusu, Nüşabənin dediyi kimi, ürəklərdən biri döyünür, digəri döyünmürdü. Nüşabə o vaxt aspirantura pilləsində oxuduğundan ailə qurmaq haqqında fikirləşmirmiş. Əvvəl aralarında iş yoldaşı kimi münasibət yaranıb, sonra bu, dostluğa, ardınca da sevgiyə çevrilib. Amma sevginin ikitərəfli olması üçün İlham iki il külüng vurmalı olub: "Bilirdim ki, Nüşabə zəhmətkeş, eyni zamanda savadlı, ömrünün bir hissəsini təhsilə həsr etmiş qızdır. Hiss edirdim ki, onun təhsildən, işdən başqa şeylərə ayıracaq vaxtı yoxdur. Daha çox işləmək, daha çox çalışmaq istəyirdi. Mənsə içimdəki hissləri cilovlaya bilmədim, bu hisslər qabardı və bunları açıqlamağın vaxtı çatdı. Ancaq Nüşabə təkidlə mənim hisslərimə qarşılıq vermirdi. Deyirdi ki, sərbəst, azad olmaq istəyir, həyatına başqasını buraxmaq istəmir. Amma mən əmin idim ki, biz ailə qursaq, onun azadlığı məhdudlaşmayacaq. Çünki xasiyyətim elədir ki, insanlara nəyisə qadağan etmək, əngəllər yaratmağın yox, heç bir səlahiyyətin və statusun itirilməməsi şərtilə birgə fəaliyyətin tərəfdarıyam. İnanırdım ki, Nüşabə məni tanıdıqca münasibəti dəyişəcək. Buna inandığıma görə məhəbbətim uğrunda iki il mübarizə apardım. Sonda o, "ağ bayraq” qaldırdı və "təslim olduğunu” bildirdi.





banner

Oxşar Xəbərlər