Yol qəzasında yaralanan soydaşlarımızın durumu nəzarətdə saxlanılır

Yol qəzasında yaralanan soydaşlarımızın durumu nəzarətdə saxlanılır

Kriminal
21 Sentyabr 2019, 11:15 184
Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanın Qayakənd rayonu ərazisində baş vermiş nəqliyyat hadisəsində yaralan soydaşlarımızın durumunu nəzarətdə saxlayır.
Hadisə ilə bağlı ölkəmizin Moskvadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində nəqliyyat hadisəsi barədə səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin hadisəni araşdıran müstəntiqi, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələrimiz, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.
Əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həlak olub, 7 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb. Onlardan 3-ü ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıb. Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər soydaşımız - Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) müalicə olunur, onların vəziyyəti orta ağır qiymətlndirilir.