• cümə, 19 Aprel, 14:22
  • Baku Bakı 25°C

Yol qəzasında iki piyada öldü

15.08.13 10:57 1204
Yol qəzasında iki piyada öldü
Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 22.00 radələrində İsmayıllı rayonu İvanovka kəndinin ərazisində Hacıhətəmli kənd sakini Qabil Kərimov idarə etdiyi "VAZ-21070" markalı avtomaşınla yolu keçən rayon sakinləri Murad Umudovu, Nikolay Skokovu və Gəncə şəhər sakini Vasif Həsənovu vurub.
Nəticədə xəsarət almış hər üç piyada xəstəxanaya yerləşdirilib, M.Umudov və N.Skokov orada ölüblər.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər