AZE | RUS | ENG |


Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb
Yol qəzalarında xəsarət alan 3 nəfər ölüb.
 
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də Tovuz rayonunun Düz Cırdaxan kəndində rayon sakini Elçin Qasımov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Fikrət Əliyevi vurub.
 
Xəstəxanaya yerləşdirilən piyada martın 7-də orada ölüb.
 
Martın 7-də saat 07.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Kənan Mirzəyev idarə etdiyi "Mercedes"” markalı avtomobillə yolu keçən paytaxt sakini Elgün Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Martın 7-də saat 23.00 radələrində isə Şəmkir şəhərində Kür qəsəbə sakini Məqsəd Alməmmədov idarə etdiyi "VAZ-21154” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Akif Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
 
Faktlarla bağlı müvafiq olaraq Tovuz Rayon Polis Şöbəsi, Sabunçu Rayon Polis İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6887
GBP 1 İngilis funt sterlinqi 2.1909
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.5948
SEK 1 İsveç kronu 0.1943
EUR 1 Avro 1.8566
CHF 1 İsveçrə frankı 1.7139
USD 1 ABŞ dolları 1.7025