AZE | RUS | ENG |


Yol qəzaları və ölüm hallarını azaltmağın çarəsi tapıldı

Yol qəzaları və ölüm hallarını azaltmağın çarəsi tapıldı
Hər il yollarda sürücülərin sükan arxasında yorulması səbəbindən 300 mindən çox qəza baş verir. Sürücülərin sükan arxasında yuxulaması qəzaların təqribən 25 faizində faciəli nəticələrə səbəb olur. Trend-in məlumatına görə, məhz bu səbəbdən Latviyanın "Creative Mode” şirkəti "STEER” bilərziyi layihəsini həyata keçirmək qərarına gəlib.

Kiçikölçülü qurğu sürücülərin yorulma zamanı yuxulamalarının qarşısını alaraq özlərinin və ətrafdakı insanların həyatını avtomobil qəzası təhlükəsindən qorumağa imkan verəcək.

Trend ola biləcək bilərzik real vaxt rejimində sürücünün ürək döyüntüsünü və dərisinin elektrik keçiricilik qabiliyyətini monitorinq edən 15 ötürücü ilə təchiz edilib. Qurğu sürücünün yorğunluğunun onun həyatı üçün təhlükəli səviyyəyə çatmasını müəyyənləşdirən zaman bilərzik onun əlinə az miqdarda elektrik enerjisi ötürəcək. Bu, insanı yuxudan ayıltmağa və ona özünə gəlməyə kömək edəcək. Cərəyan zərbəsindən sonra orqanizmdə serotonin, noradrenalin və kortizol səviyyəsi yüksəlir, yuxu hormonu melatonin isə, əksinə, azalır.

"STEER” qurğusu sürücünün orqanizminin vəziyyətini daim izləyərək onu təhlükədən qoruyacaq. Akkumulyatoru bir dəfə enerji ilə doldurmaqla bilərzikdən 2 həftə istifadə etmək mümkündür.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001