• çərşənbə axşamı, 19 mart, 15:18
  • Baku Bakı 8°C

Yol qəzaları ilə bağlı ilin İLK STATİSTİKASI

21.02.17 10:15 1082
Yol qəzaları ilə bağlı ilin İLK STATİSTİKASI
Bu ilin əvvəlindən fevralın 16-a qədər Bakı şəhəri üzrə 83 yol qəzası baş verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, qəzalar nəticəsində 22 nəfər həlak olub, 98 nəfər isə müxtəlif xəsarət alıb.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 7 fakt azalsa da, iki ölüm və 8 xəsarət faktı artıb.
banner

Oxşar Xəbərlər