• şənbə, 20 Aprel, 16:15
  • Baku Bakı 23°C

Yol polisinin xidməti avtomobilinin üzərinə çıxan şəxs 15 sutka həbs edilib

17.04.20 21:50 749
Yol polisinin xidməti avtomobilinin üzərinə çıxan şəxs 15 sutka həbs edilib
Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobilinin üzərinə çıxan şəxslə bağlı məhkəmənin qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edilib.
APA-nın məlumatına görə, fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cü il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb.
Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
banner

Oxşar Xəbərlər