• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Yol polisindən xəbərdarlıq: yola çıxmayın!

31.01.14 16:04 1115
Yol polisindən xəbərdarlıq: yola çıxmayın!
Yol polisi şaxtalı-qarşı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, paytaxt ərazisində və ətrafda şaxtalı hava şəraiti davam edib, qar yağıb, çovğun müşahidə olunub:
“Gün ərzində havanın temperaturu 2 dərəcə şaxta olub. Günün ikinci yarısından etibarən havanın temperaturu aşağı düşməkdə davam edir. Bu isə yollarda buzlaşmanı daha da kəskinləşdirir. Belə hava şəraitində sürücülərə fərdi-nəqliyyat vasitəsi ilə yola çıxmaq məsləhət görülmür. Xüsusi ilə də uzaq yola çıxmaq məqsədə uyğun deyil”.
Qeyd edək ki, gün ərzində bütün ölkə ərazisində qar yağmaqda davam edib. Bu gün axşamdan etibarən - fevralın 1-nə keçən gecə müddətində dunuşluğun daha da kəskinləşəcəyi gözlənilir.
Dağlıq bölgələrdən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Yol polisi postlarından yalnız hər iki oxu aparıcı olan və qış təchizatlı nəqliyyat vasitələri buraxılır.
Yol polisi texniki göstəriciləri və təchizatı hava şəraitinə uyğun olmayan avtomobilləri postlardan buraxmayacaq.
banner

Oxşar Xəbərlər