• şənbə, 20 Aprel, 18:57
  • Baku Bakı 24°C

Yol polisindən Rəqsanəyə ağır cəza

04.02.14 12:17 1184
Yol polisindən Rəqsanəyə ağır cəza
Axşam.az xəbər verir ki, "Günəbaxan” verilişinə qonaq olan V.Əsədov gənc qızın məlum açıqlamasını yol polisinin fəaliyyətinə zərbə vurmaq kimi qiymətləndirməyib:
"Mənim əlimdə Aysun İsmayılova ilə bağlı bir sübut yoxdur ki, ona cəza kəsim. Xanımın bu ifadələri yol polisinin fəaliyyətinə zərbə vurmaq deyil. Biz bunu kiçik yaşlı qızın anası ilə öyünməsi halı kimi qiymətləndiririk. Bu cür səhvlərin bir də təkrarlanmayacağına inanırıq”.
DYP rəsmisi həmçinin bildirib ki, R.İsmayılova son vaxtlar bəzi yol hərəkət qaydalarında pozuntulara yol verib:
"Buna görə də onun sürücülük vəsiqəsi məhdudlaşdırılıb”.
Xatırladaq ki, bir müddət öncə müğənninin qızı "Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar” sözlərini demişdi.
banner

Oxşar Xəbərlər