• çərşənbə axşamı, 23 aprel, 10:34
  • Baku Bakı 20°C

Yol polisi qəza törətdi: 2 nəfər öldü

04.10.13 14:28 1180
Yol polisi qəza törətdi: 2 nəfər öldü
Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, Bakı - Qazax - Gürcüstan avtomagistral yolununun Şəmkir ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Qəza "Mercedes"lə "VAZ 2101" markalı avtomaşınların toqquşması nəticəsində qeydə alınıb.
TTV-nin verdiyi məlumat görə, hadisəni törədən şəxs Şəmkir rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşıdır. Qeyd edək ki, dünyasını dəyişənlər "VAZ 2101"in sürücüsü və onun sərnişinidir. "Mercedes"in sürücüsü isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hazırda onların kimliyi müəyyənləşdirilir.
banner

Oxşar Xəbərlər