• çərşənbə, 24 Aprel, 02:46
  • Baku Bakı 14°C

Yol polisi naziri cərimələdi

14.02.15 05:54 929
Yol polisi naziri cərimələdi
Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya sürət həddini aşdığına və texniki baxışdan keçməyən avtomobili idarə etdiyinə görə cərimələnib.
APA-nın “Yle” agentliyinə istinadən xəbər verir ki, nazirin cəriməsi miqdarı doqquz günlük maaşına bərabər olub.
Hadisə hələ ötən ilin sentyabr ayında paytaxt Helsinkinin mərkəzində baş verib. Nazir maksimal sürət həddi 40 km/saat olan yolda 49 km/saat sürətlə hərəkət edib.
Yerli Prokurorluğun açıqlamasında qeyd edilir ki, cərimə yazılan zaman XİN rəhbəri “etiraz etməyib”.
banner

Oxşar Xəbərlər