• şənbə, 20 Aprel, 04:27
  • Baku Bakı 15°C

Yol kənarında söhbət edən adamları maşın vurdu, 100 m sürüdü

25.11.13 15:39 1305
Yol kənarında söhbət edən adamları maşın vurdu, 100 m sürüdü
Qəza Bakı-Qazax yolunun 450-cı kilometrliyində rayonun aşağı Göycəli kəndi ərazisində qeydə alınıb
Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza törədən avtomobillərdən biri qəzadan sonra yol kənarinda söhbət edən iki piyadani da vurub. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün 14 radələrində Bakı-Qazax avtomobil yolunun 450-cı kilometrliyində, rayonun Aşağı Göycəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini, 1986-cı il təvəllüdlü Qarayev Ziya Qurban oğlunun idarə etdiyi "Opel" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Həsənsu kənd sakini, 1987-ci il təvəllüdlü Yolçuyev Kamal Xalid oğlunun idarə etdiyi "Mercedes" markali minik avtomobili ilə toqquşub.
Qəza zamanı ağır xəsarətlər alan olmasa da, idarəetməni itirən "Opel"in sürücüsü yol kənarındakı yanacaqdoldurma məntəqəsindən çıxan iki piyadanı vurub.
"Opel"i idarə edən sürücü Ziya Qarayev hadisənin baş verməsini belə izah edib:
"Mən öz yolumla hərəkət edirdim, qəfil "KamAZ" maşınının arxasından ötmə əməliyyatı həyata keçirmək istəyən "Mercedes" mənim yoluma çıxdı. Məni vurdu, mən də yoldan çıxıb yol kənarında dayanan adamları vurdum".
Hadisə şahidlərinin bildirdiklərinə görə, piyadaları maşın vurduqdan sonra 100 metrə qədər əkin sahəsinə tərəf aparıb.
Hadisə yerində işləyən BDYP xidmətinin əməkdaşları hadisənin araşdırıldığını bildirdilər.
""Opel" ilə "Mercedes" toqquşub, hələlik bir məlumat verə bilməsək də, yol kənarında piyada da var ki, onu da vurub. Məhkəmə tibbi ekspertizasının cavabından sonra hər şey bəlli olacaq", - deyə baş inspektor Eyvaz Həsənov bildirib.
Xəsarət alanların hər ikisi mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Həkimlər xəstələrdən biri, 52 yaşlı Alı Paşayevin vəziyyətinin ağır olduğunu hələlik reanimasiyada olduğunu bildirdilər.
Digər xəsarət alan piyada, 34 yaşlı Ədalət Rzayevin vəziyyətinin isə qənaətbəxş olduğunu bildirdilər.
banner

Oxşar Xəbərlər