• şənbə, 20 Aprel, 19:09
  • Baku Bakı 24°C

Yol kənarına tullantı atanlarla bağlı polisə müraciət olundu

18.08.17 19:30 1005
Yol kənarına tullantı atanlarla bağlı polisə müraciət olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun kənarında tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində Eldar Babayev küçəsi 13 saylı evin yaxınlığında qarışıq istehsalat tullantıları, o cümlədən işlənmiş avtomobil təkərlərinin qalaqlandığı məlum olub.
Ərazinin tullantılardan təmizlənməsi üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədova icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib. Ərazinin əvvəlki vəziyyətə gətirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinə, qeyri-qanuni tullantı atan şəxsləri müəyyən etmək üçün isə Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.
banner

Oxşar Xəbərlər