• çərşənbə axşamı, 19 mart, 15:03
  • Baku Bakı 8°C

Yığmanın baş məşqçisi istefa verdi

15.10.18 10:25 524
Yığmanın baş məşqçisi istefa verdi
Slovakiya yığmasının baş məşqçisi Yan Kozak istefa verib.
Kaspi.az xəbər verir ki, Kozak Millətlər Liqasında Çexiyaya məğlubiyyətdən (1:2) sonra istefa verib. Federasiya onun istefasını qəbul edib.
Oktyabrın 16-da İsveçlə keçiriləcək yoldaşlıq görüşünə Slovakiyanı Kozakın köməkçisi Ştefan Tarkoviç çıxaracaq.
Ukrayna ilə Millətlər Liqasında keçiriləcək oyuna isə Slovakiya yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Kozak Slovakiya yığmasında 2013-cü ildən çalışırdı.
Bu ölkənin yığması onun rəhbərliyi altında Avro-2016-nın 1/8 finalına vəsiqə qazanmışdı. Slovakiya Millətlər Liqasında keçirdiyi hər iki qarşılaşmada məğlub olub.
banner

Oxşar Xəbərlər