Yığmamızın üzvü əməliyyat olunacaq?
Almaniyanın "Aue" klubunda çıxış edən millimizin üzvü
Dmitri Nazarov Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnib.
Kaspi.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq
gəlib. Nazarovun zədəsinin ciddi olmadığı məlum olub.
Bunu yerli mətbuata açıqlamasında "Aue"nin məşqçisi Robin
Link deyib. O, Nazarovun tezliklə yaşıl meydanlara qayıdacağını bildirib:
"Nazarov tibbi müayinədən keçdi. Onun zədəsinin ciddi olduğunu
düşünürdük, amma belə olmamağı yaxşı oldu. Dmitrinin əməliyyata da ehtiyacı
yoxdur. O, yaxın vaxtlarda yaşıl meydanlara qayıdacaq".