• şənbə, 20 Aprel, 11:23
  • Baku Bakı 14°C

Yığmamızın futbolçusu Türkiyə klubuna keçir

25.06.13 15:59 1329
Yığmamızın futbolçusu Türkiyə klubuna keçir
Azərbaycanın 21 yaşadək yığmasının futbolçusu Timur Təməltaş karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, iyunun 8-də Makedoniya ilə seçmə mərhələ oyununda yığmamızda rəsmən debüt edən yarımmüdafiəçi III liqa klubu “Altınordu” ilə 3 illik müqavilə bağlayıb.
Bununla da İzmir klubu 4-cü transferini reallaşdırıb. Yaxınlarda Türkiyə mətbuatının “Qalatasaray”ın hədəfində olduğunu yazdığı Timur keçidi barədə bunu söyləyib: “Özümü inkişaf etdirib “Altınordu” ilə birlikdə yuxarı dəstələrə çıxacağam”.
Klubun futbol direktoru Murat Dizdar isə uzun müddətdir ki, Təməltaşı izlədiklərini bildirib: “Timur və ailəsi ilə Almaniyada tanış olaraq onları İzmirə dəvət etdik. Bu müddətdə futbolçunu çox klublar istəyirdi. Ancaq Kuşadasında qonağımız oldular və işlərimizlə maraqlandılar. Bir-birimizə inandıq, hədəflərimiz uyğun gəldi, nəticədə də 3 illik müqavilə imzaladıq”.
“Köln”də doğulan Təməltaş 2000-ci ildən “Bayer”in aşağı yaş qruplarında çıxış edib. 2008-ci ildə keçdiyi “Aahen”də 4 il çıxış edən Timur daha sonra “Bayer” və “Kayzerslautern”də forma geyib. O, sonuncu klubda millimizin hücumçusu Rüfət Dadaşovla komanda yoldaşı olub.
Qeyd edək ki, millimizin futbolçuları Arif İsayev, Cihan Özkara və Ufuk Budak da Türkiyədə çıxış edir. Timurdan az öncə isə yığmamızın hücumçusu Branimir Subaşiç I divizion təmsilçisi “Orduspor”a keçərək, 2 illik müqavilə imzaladı.
banner

Oxşar Xəbərlər