• cümə axşamı, 18 aprel, 14:43
  • Baku Bakı 22°C

Yığmamızın Avropa Liqasında oyunlarının təqvimi açıqlanıb

22.04.16 17:26 1455
Yığmamızın Avropa Liqasında oyunlarının təqvimi açıqlanıb
Qadın voleybolçular arasında Azərbaycan millisinin Avropa Liqasındakı oyunlarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, tarixində 2-ci dəfə bu yarışa qatılacaq yığmamız B qrupunda ilk və son matçını Fransaya qarşı keçirəcək.
Belə ki, 2 dövrədən ibarət turnirin hər dövrəsi bir ölkədə müvafiq olaraq, Monteneqro və Fransada baş tutacaq. Yarışa iyunun 3-də start veriləcək və 12-də başa çatacaq.
Qeyd edək ki, Fransadakı oyunların Renn şəhərində keçiriləcəyi dəqiqləşsə də, Montenoqroda matçların harada olacağı hələlik açıqlanmayıb.
I dövrə, Monteneqro
3 iyun

19:00. Azərbaycan – Fransa
22:00. Monteneqro – İspaniya
4 iyun
19:00. Fransa – İspaniya
22:00. Azərbaycan – Monteneqro
5 iyun
19:00. İspaniya – Azərbaycan
22:00. Fransa – Monteneqro
II dövrə, Fransa
10 iyun

17:00. Monteneqro – Azərbaycan
20:00. Fransa – İspaniya
11 iyun
18:00. Azərbaycan – İspaniya
21:00. Monteneqro – Fransa
12 iyun
18:00. İspaniya – Monteneqro
21:00. Azərbaycan - Fransa
banner

Oxşar Xəbərlər