• cümə, 29 Mart, 03:33
  • Baku Bakı 7°C

Yığmamızdan tarixi uğur

27.09.13 15:15 1199
Yığmamızdan tarixi uğur
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin İsraillə oyununda 5:0 hesabı ilə qalib gəlməklə, tarixi hadisənin müəllifi olub. Apasport.az saytının məlumatına görə, Patrisiya Qonzalesin yetirmələri yığmamızın tarixində ilk böyük hesablı qələbəni bayram ediblər.
Belə ki, 2004-cü ildən qitə çempionatının seçmə mərhələlərində çıxış edən millimiz bunadək keçirdiyi 23 qarşılaşmada heç vaxt 3 və ya daha çox top fərqi ilə qalib gəlməmişdi. Komandamızın ilk 6 qələbəsi ən yaxşı halda, 2 top fərqilə qazanılmışdı. Sayca 26-cı oyuna təsadüf edən 7-ci qələbə isə ilk darmadağın kimi tarixə düşdü.
Bu, həm də qələbə həsrətinin sonu oldu. 2009-cu il aprelin 23-də Portuqaliyanı 2:0 hesabı ilə yenən qızlarımız 4 ildən çox – 1617 gün idi ki qalib gələ bilmirdi. Bu müddətdə baş tutan 7 görüşdə millimiz cəmi 1 heç-heçə əldə etmişdi.
Yığmamızın daha bir rekordu isə seçmə mərhələdə 6 qolun vurulmasıdır. Xorvatiyaya 1:3, Avstriyaya 0:2 hesabı ilə uduzan millimiz İsrailə 5 cavabsız qol vurmaqla vətənə 6 qol vurmaqla qayıdır. Bu da qızlarımızın tarixində ən yüksək nəticədir.
Qeyd edək ki, yığmamız tarixində daha bir böyükhesablı qələbə də olub. Lakin 2009-cu ilin payızında Kipri 8:0 hesabı ilə məğlub edən, həmin mərhələdə uğurla çıxış edən komandamızın hər 3 qarşılaşmasının nəticəsi UEFA tərəfindən ləğv edilmişdi. Buna komandanın heyətində “lipa” futbolçuların tapılması səbəb olmuşdu.
banner

Oxşar Xəbərlər