• cümə axşamı, 25 aprel, 20:12
  • Baku Bakı 21°C

Yığmamız İsveçrədə 2-ci oldu

17.10.13 08:37 1199
Yığmamız İsveçrədə 2-ci oldu
15 yaşadək qızlardan ibarət Azərbaycan yığması Yeniyetmələr arasında Olimpiya oyunlarına seçmə turnirini 2-ci yerdə başa vurub. Apasport.az saytının məlumatına görə, Patrisiya Qonzalesin yetirmələri 1999-cu il təvəllüdlü qızlardan ibarət 4 yığmanın qatıldığı yarışın həlledici matçında uduzub.
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-gərargahının ərazisində yerləşən stadionda təşkil olunan turnirin finalında millimiz Slovakiyaya 0:1 hesabı ilə yenilib. Yarımfinalda İsraili 2:0 hesabı ilə udan komandamız şərqi avropalılarla bacarmayıb.
Qeyd edək ki, Slovakiya millisi 2014-cü il avqustun 16-dan 28-dək keçiriləcək Olimpiya Oyunlarına vəsiqəni qazanıb.
banner

Oxşar Xəbərlər