Yığmamız 2 qol yedi, 13 xal gerilədi

Yığmamız 2 qol yedi, 13 xal gerilədi

İdman
27 Mart 2013, 11:10 1248
Futbol üzrə Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində Portuqaliyaya uduzmaqla (0:2) FİFA reytinqində 13 xal itirib. Apasport.az saytının məlumatına görə, dünən Bakıda baş tutan oyunadək hesabında 289 xal olan komandamızın göstəricisi 276-ya enib.

Ümumilikdə isə son 2 seçmə oyunu yığmamız üçün mənfi nəticələnib. Ayın əvvəlində 286 xalı olan komandamız Lüksemburqdakı qolsuz heç-heçə sayəsində artıma nail olmuşdu. Lakin 289-a qalxan millimizin reytinqi cəmi 4 gün sonra 276-ya endi.