• cümə axşamı, 28 mart, 16:23
  • Baku Bakı 16°C

Yığmaların oyunu terror təhlükəsinə görə təxirə salındı

04.09.17 17:25 980
Yığmaların oyunu terror təhlükəsinə görə təxirə salındı
Asiya kuboku-2019 çərçivəsində keçirilməli olan Qırğızıstan - Myanma oyunu təxirə salınıb.
Kaspi.az xəbər verir ki, qarşılaşma terror təhlükəsinə görə təxirə salınıb. Bu barədə qərarı isə Qırğızıstanın baş naziri Sapar İsakov verib. Baş nazir məsələ ilə bağlı açıqlama da yayıb?
"Təhlükəsizlik qüvvələrinin verdiyi məlumatlar əsasında qarşılaşmanın təxirə salınması barədə qərar qəbul etdim. Hər şey nəzarət altındadır”.
Myanmada müsəlmanların qətlə yetirilməsindən sonra Qırğızıstanda bu oyun ərəfəsində ictimaiyyət arasında böyük gərginlik yaşanırdı.
Qarşılaşma sentyabrın 5-ə təyin edilmişdi.
banner

Oxşar Xəbərlər