• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Yığma üzvləri öz məğlubiyyətlərinə pul yatırıblar

29.01.19 13:15 521
Yığma üzvləri öz məğlubiyyətlərinə pul yatırıblar
Çin yığmasının bir neçə futbolçusu qalmaqala səbəb olublar.
Kaspi.az xəbər verir ki, qalmaqala səbəb olan olay Asiya kuboku çərçivəsində baş verib. Çin yığması Asiya kubokunun 1/4 finalında İran yığması ilə qarşılaşıb.
Oyun İranın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sonradan məlum olub ki, Çin yığmasının 4 futbolçusu – Xao Yunmin, U Si, Şi Ke və Fen Syaotin öz məğlubiyyətlərinə pul yatırıblar.
Bu barədə məlumatı da Çin yığmasının adı açıqlanmayan üzvü verib. U Si ilə Fen Syaotin hələ birinci hissənin ortalarında əvəzləniblər. Digər iki futbolçu isə 90 dəqiqə meydanda olub.
banner

Oxşar Xəbərlər