• şənbə, 20 Aprel, 19:33
  • Baku Bakı 24°C

Yığma komandamız 14 pillə gerilədi

14.01.14 15:28 1291
Yığma komandamız 14 pillə gerilədi
2013-cü ilin yekunlarına görə yenilənmiş UEFA Fair Play reytinqi açıqlanıb. Azerisport.az xəbər verir ki, ölkəmiz siyahıda 14 pillə geriləyib.
Ötən reytinq cədvəlində 32-ci pillədə qərarlaşmış Azərbaycan bu dəfə 46-cı sıraya enib. Ölkəmizin hesabında 7,412 bal var. İlk üçlüyə Finlandiya (8,244 bal), Norveç (8,240 bal) və İsveç (8,171 bal) sahiblik edir.
Yekun reytinq siyahısında komandaları UEFA yarışlarında 30 oyundan az görüş keçirməyən ölkələrin nəticələri əks edilir. Balların hesablanması UEFA bayrağı altında keçirilmiş yarışlarda klub və milli komandaların oyunlarını izləyən rəyasət heyətinin qiymətləri əsasında tərtib edilir.
Yekunlara görə ilk üçlükdə qərarlaşmış hər assosiasiyaya UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində bir yer ayrılır.
banner

Oxşar Xəbərlər