• cümə axşamı, 25 aprel, 21:15
  • Baku Bakı 21°C

Yılmaz Vuralın AFFA prezidenti ilə görüşü alınmadı

23.09.13 15:55 1247
Yılmaz Vuralın AFFA prezidenti ilə görüşü alınmadı
Türkiyəli çalışdırıcı Yılmaz Vuralın AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü baş tutmayıb. Apasport.az saytı xəbər verir ki, bu barədə təcrübəli çalışdırıcı əməkdaşımızla söhbətində özü məlumat verib.
Adı Azərbaycan millisi və “Neftçi” klubu ətrafında hallanan təcrübəli mütəxəssis ölkəmizdə səfərdədir. Dünən Heydər Əliyevin 90 illiyinə həsr olunmuş peşəkar kikboksçular arasında döyüşləri izləyən Vural bu gün Azərbaycan-Türk Futbol Məktəbinin açılışında iştirak edib.
Türkiyəli çalışdırıcı sabah vətənə dönəcək. Onun AFFA prezdenti ilə görüşmək arzusu isə gerçəkləşməyib. Buna səbəb UEFA prezidenti Mişel Platinin ölkəmizə səfəri ilə əlaqədar Abdullayevin iş qrafikinin sıx olmasıdır.
Qeyd edək ki, millimizin və “Neftçi”nin “sükanı arxasına” keçəcəyi ilə bağlı xəbərləri təkzib edən Vural “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən peşəkar kikboksçular arasında döyüşləri izləmək üçün Azərbaycana dəvət olunmuşdu.
banner

Oxşar Xəbərlər